Azərbaycan Rusiyaya şampan ixracatçıları sırasında TOP-10-a daxil olub

Biznes
  • 01 yanvar, 2024
  • 06:34
Azərbaycan Rusiyaya şampan ixracatçıları sırasında TOP-10-a daxil olub

Ötən ilin yanvar-sentyabr aylarında Azərbaycandan Rusiyaya 840 min ABŞ dolları dəyərində şampan ixrac edilib.

“Report” bu barədə Rusiya mətbuata istinadən xəbər verir.

Məlumata görə, bununla da, Azərbaycan Rusiyanın şampan tədarükçüləri sırasında 9-cu pillədə qərarlaşıb.

Hesabat dövründə Rusiyanın ən böyük şampan tədarükçüsü Latviya (105,4 milyon ABŞ dolları) olub. Onu İtaliya (55,4 milyon ABŞ dolları), Litva (42,69 milyon ABŞ dolları), Polşa (8,65 milyon ABŞ dolları), İspaniya (2,98 milyon ABŞ dolları), Fransa (2,78 milyon ABŞ dolları), Gürcüstan (1,91 milyon ABŞ dolları), Ermənistan (0,98 milyon ABŞ dolları), Azərbaycan (0,84 milyon ABŞ dolları) və Almaniya (0,45 milyon ABŞ dolları) izləyib.

Qeyd edək ki, Fransadan Rusiyaya şampan tədarükü dost olmayan ölkələrdən şərab məhsullarına idxal rüsumlarının artması səbəbindən azalıb. Bu səbəbdən istehlakçı üçün son qiymət xeyli artıb.

44 filmi