Azərbaycan Rusiyaya qeyri-neft-qaz ixracını 4 %-dən çox artırıb

Biznes
  • 31 oktyabr, 2025
  • 11:59
Azərbaycan Rusiyaya qeyri-neft-qaz ixracını 4 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Rusiyaya 878,9 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.

"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın oktyabr sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 % çoxdur.

9 ay ərzində qeyri-neft-qaz ixracının dəyəri Türkiyə istiqamətində 0,2 % artaraq 435,8 milyon ABŞ dolları, İsveçrə istiqamətində isə 2,1 dəfə artaraq 247,8 milyon ABŞ dolları olub.

Ötən 9 ayda Azərbaycan həmçinin Gürcüstana 244,8 milyon ABŞ dolları (25,5 % çox), Ukraynaya isə 147,3 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz sektoruna aid mal ixrac edib.

9 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 % artaraq 2,6 milyard ABŞ dolları təşkil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti