Azərbaycan Rusiyanın Voronej vilayətindən ət və süd məhsulları idxal edib

Biznes
  • 05 oktyabr, 2021
  • 12:03
Azərbaycan Rusiyanın Voronej vilayətindən ət və süd məhsulları idxal edib

Bu ilin sentyabr ayında Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Voronej vilayəti üzrə idarəsinin nəzarəti altında bölgədən 600 növdən çox heyvandarlıq məhsulu ixrac edilib.

"Report" bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.

Məlumata görə, Fransa, Latviya, Ukraynaya 14 372 tondan çox yem və yem qatqısı (günəbaxan və soya unu, çuğundur sellülozu, yem əlavələri), Azərbaycan, Ukrayna, Özbəkistan və bir sıra digər ölkələrə 1 336 tondan çox süd məhsulları (süd, kərə yağı, yayma, qaymaq, qatıq və s.), həmçinin Azərbaycan, Ukrayna, və Çinə 880 ton ət məhsulları (mal əti, quş əti, kolbasa), İtaliyaya 12 ton tük qarışığı, Ukraynaya 15 ton bal, Gürcüstana 3 212 baş donuz ixrac edilib.

Bütün məhsullar yoxlanılıb və idxalçı ölkələrin tələblərinə uyğun olub.