Azərbaycan Rusiyanın kənd təsərrüfatı məhsullarının əsas idxalçılarındandır

Biznes
  • 01 noyabr, 2021
  • 07:06
Azərbaycan Rusiyanın kənd təsərrüfatı məhsullarının əsas idxalçılarındandır

Bu ilin əvvəlindən oktyabrın 24-nə qədər Rusiya 26 milyard ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulları ixrac edib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,5% çoxdur.

Hesabat dövründə Rusiya 8 milyard dollarlıq taxıl (11,6% çox), 5,1 milyard doillarlıq dəniz məhsulları, o cümlədən balıq (21,1% çox), 5,35 milyard dollarlıq yağ (47,5% çox), 3,5 milyard dollarlıq emal sənayesi məhsulları (8,9% çox), 1 milyard dollarlıq ət və süd məhsulları (29,9% çox) ixrac edib.

Qonşu ölkənin kənd təsərrüfatı məhsullarının əsas idxalçıları 13% payla Avropa İttifaqı ölkələri və 11,8% payla Türkiyə olub. Çin isə 11,5% payla 3-cü yerdə qərarlaşıb. İlk 10-luğa həmçinin Cənubi Koreya, Qazaxıstan, Misir, Belarus, Ukrayna, Özbəkistan və Azərbaycan daxildir.

Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi bu ilin sonuna qədər aqrar məhsul ixracının dəyərinin 34-35 milyard dollara çatacağını gözləyir.