Azərbaycan Rusiyadan krevet alışını kəskin artırıb

Biznes
  • 08 iyul, 2023
  • 11:58
Azərbaycan Rusiyadan krevet alışını kəskin artırıb

Bu ilin ilk 4 ayı ərzində Azərbaycana xarici ölkələrdən 523,41 min ABŞ dolları dəyərində 74,57 ton dəniz kreveti gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 37,7 %, kəmiyyət olaraq – 34,8 % azdır.

Hesabat dövründə Azərbaycan Çindən 233,1 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 50 % azdır) 43,8 ton (-33,3 %), Hindistandan 197,2 min ABŞ dolları dəyərində (+17 %) 21,2 ton (+0,5 %), Lüksemburqdan 41 min ABŞ dolları dəyərində (+21 %) 2,23 ton (+10,4 %), Rusiyadan 18,92 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 4,32 ton (+2,7 dəfə), Vyetnamdan 10,81 min ABŞ dolları dəyərində (-2,9 %) 1 ton (+14,4 %) məhsul alıb.

2022-ci ildə Azərbaycana (22 ölkədən) idxal edilən 325 ton krevetin 46,8 %-i Çinin, 21,5 %-i Hindistanın, 8,3 %-i Qrenlandiyanın payına düşüb.