Azərbaycan Rusiyadan gül tədarükünü bərpa edib
- 20 may, 2025
- 17:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I rübündə Azərbaycan 5,7 milyon ABŞ dolları dəyərində 6,75 milyon ədəd gül (kəsilmiş təzə qızılgül, qərənfil, səhləbçiçəyi, xrizantema, zanbaq, qladiolus və digər) idxal edib.
"Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 26 %, kəmiyyət olaraq – 42 % çoxdur.
Hesabat dövründə Azərbaycan Ekvadordan 3,4 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 17 % çox) 2,2 milyon ədəd (+1,2 %), Kolumbiyadan 639 min ABŞ dolları dəyərində (+22 %) 491 min ədəd (+8 %), İrandan 580 min ABŞ dolları dəyərində (+4 dəfə) 535 min ədəd (+4 dəfə), Niderlanddan 283 min ABŞ dolları dəyərində (+16 %) 210 min ədəd (+11 %), Keniyadan 271 min ABŞ dolları dəyərində (-8 %) 185 min ədəd (-35 %) gül alıb.
Azərbaycan 2 il 8 aylıq fasilənin ardından Rusiyadan (13,4 min ABŞ dolları dəyərində 30 min ədəd) tədarükü bərpa edib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 11 milyon 353 min ədəd gülün 54 %-i Ekvadorun payına düşüb.