Azərbaycan-Rusiya regionlararası forumunun keçirilməsi müzakirə olunub
- 05 oktyabr, 2022
- 13:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Moskvada keçirilən II Xəzər İqtisadi Forumu çərçivəsində Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovla görüşüb.
"Report" xəbər verir ki, bu barədə azərbaycanlı nazir məlumat verib.
"M.Reşetnikovla ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndirilməsi, iqtisadi əməkdaşlıq çərçivəsində klasterlərin yaradılması, Azərbaycan-Rusiya regionlararası forumunun keçirilməsi, iqtisadi zonalar üzrə fəaliyyətin təkmilləşdirilməsi və sərhəd-keçid məntəqələrinin imkanlarının artırılması barədə müzakirələr apardıq", - o deyib.
Azərbaycanın iqtisadiyyat naziri Rusiya ilə əməkdaşlığın uğurlu inkişafını vurğulayıb, iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması istiqamətində görülən işlər barədə danışıb.
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov ölkələrimiz arasında iqtisadi münasibətlərin yüksək səviyyəsini vurğulayıb, tərəfdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
.