Azərbaycan Rumıniyadan marqarin tədarük etməyə başlayıb
- 24 iyul, 2024
- 09:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycana xaricdən 1,1 milyon ABŞ dolları dəyərində 891,78 ton marqarin (maye marqarindən başqa) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,1 dəfə, kəmiyyət olaraq – 2,5 dəfə çoxdur.
Hesabat dövründə Rusiyadan 1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,6 dəfə çoxdur) 889 ton (+2,8 dəfə), Türkiyədən 10,22 min ABŞ dolları dəyərində (-90 %) 1,6 ton (-95 %), Rumıniyadan 1,12 min ABŞ dolları dəyərində 0,6 ton və Belarusdan 0,2 min ABŞ dolları dəyərində (-57 %) 0,08 ton (-53 %) məhsul alınıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Rumıniyadan tədarük həyata keçirilib.
2023-cü ildə Azərbaycana 3 ölkədən idxal edilmiş 1 min 641 ton marqarinin 96,6 %-i Rusiyanın payına düşüb.