Azərbaycan Rumıniyadan kolbasa idxal etməyə başlayıb
- 26 yanvar, 2024
- 13:41
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 14,9 milyon ABŞ dolları dəyərində 5 min 570 ton kolbasa idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 %, kəmiyyət olaraq – 21 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 10 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,2 % çoxdur) 4 min 525 ton (+30 %), Almaniyadan 1,7 milyon ABŞ dolları dəyərində (+19 %) 441 ton (+1,1 %), Belarusdan 1,3 milyon ABŞ dolları dəyərində (-9 %) 269 ton (-23 %), Türkiyədən 1,1 milyon ABŞ dolları dəyərində (+19 %) 235 ton (+21 %), Litvadan 181 min ABŞ dolları dəyərində (+1,1 %) 34 ton (-11 %) kolbasa alıb.
Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Rumıniyadan (15 min ABŞ dolları dəyərində 2,3 ton) tədarük həyata keçirilib.
2022-ci il ərzində Azərbaycana (15 ölkədən) idxal edilmiş 5 min 236 ton kolbasanın 75,7 %-i Rusiyanın payına düşüb.