Azərbaycan Rumıniyadan “Aİ-92” benzinin alşını bərpa edib

Biznes
  • 16 dekabr, 2024
  • 07:40
Azərbaycan Rumıniyadan “Aİ-92” benzinin alşını bərpa edib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 124 milyon ABŞ dolları dəyərində 140 min 608 ton "Aİ-92" markalı avtomobil benzini idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 2 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 61,43 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 4,3 dəfə çoxdur) 74 min 600 ton (+4 dəfə), Litvadan 32 milyon ABŞ dolları dəyərində (+42 %) 32 min 223 ton (+54 %), Belarusdan 13,7 milyon ABŞ dolları dəyərində 15 min 35 ton (bir il əvvəl tədarük olmayıb), Rumıniyadan 8,1 milyon ABŞ dolları dəyərində 9 min 985 ton, Bolqarıstandan 5,3 milyon ABŞ dolları dəyərində 5 min 134 ton benzin alıb.

Azərbaycan 6 il 5 aylıq fasilənin ardından Bolqarıstandan və 2 il 2 aylıq aradan sonra Rumıniyadan tədarükü bərpa edib.