Azərbaycan Qırğızıstana siqaret ixracını bərpa edib

Biznes
  • 07 yanvar, 2025
  • 11:18
Azərbaycan Qırğızıstana siqaret ixracını bərpa edib

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 27,8 milyon ABŞ dolları dəyərində 1 milyard 762 milyon ədəd siqaret ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 dəfə, kəmiyyət olaraq – 3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Gürcüstana 25,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 36 dəfə çoxdur) 1 milyard 484 milyon ədəd (+25 dəfə), Qırğızıstana 824 min ABŞ dolları dəyərində 83,5 milyon ədəd, Rusiyaya 515 min ABŞ dolları dəyərində (-90 %) 54,5 milyon ədəd (-88 %), Omana 349 min ABŞ dolları dəyərində (-24 %) 54,5 milyon ədəd (-24 %), İraqa 346 min ABŞ dolları dəyərində (+3 dəfə) 43,65 milyon ədəd (+4 dəfə) siqaret göndərib.

Azərbaycan 1 il 3 aylıq fasilənin ardından Qırğızıstana siqaret tədarükünü bərpa edib.

44 - Tezliklə