Azərbaycan Qətərə təbii bal ixracını bərpa edib
- 02 mart, 2023
- 11:10
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci il ərzində Azərbaycana 539 min ABŞ dolları dəyərində 100 ton təbii bal idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 20 %, kəmiyyət olaraq – 25 % azdır.
Rusiyadan Azərbaycana 225,3 min ABŞ dolları (bir il əvvəlki göstəricidən 19 % azdır) dəyərində 45 ton (-20 %), Türkiyədən 215,4 min ABŞ dolları (+2,4 %) dəyərində 39 ton (+25 %), İspaniyadan 48,65 min ABŞ dolları dəyərində (+44 %) 6,59 ton (+89,4 %), Almaniyadan 20,54 min ABŞ dolları (+21 %) dəyərində 2 ton (+6 %), İrandan 12,13 min ABŞ dolları (-89 %) dəyərində 3,95 ton (-90 %) məhsul gətirilib.
Hesabat dövründə Azərbaycandan xarici ölkələrə 19 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 0,74 ton (+45 %) təbii bal ixrac edilib.
Təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 16,24 min ABŞ dolları dəyərində (+4 dəfə) 0,62 ton (+3,9 dəfə), Qətərə 1,5 min ABŞ dolları dəyərində 0,06 ton, İraqa 0,44 min ABŞ dolları dəyərində 0,04 ton, Yaponiyaya 0,43 min ABŞ dolları dəyərində (+8,6 dəfə) 0,02 ton (+2 dəfə) və Belçikaya 0,02 min ABŞ dolları dəyərində 0,01 ton məhsul satılıb.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belçika və İraqa ixrac həyata keçirilib. Üç ilin tamamında Azərbaycandan Qətərə tədarük bərpa edilib.