Azərbaycan Qətərə konteyner tədarük etməyə başlayıb

Biznes
  • 25 iyul, 2024
  • 07:31
Azərbaycan Qətərə konteyner tədarük etməyə başlayıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 176 min ABŞ dolları dəyərində 40 ədəd konteyner ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5 dəfə, kəmiyyət olaraq – 4 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Böyük Britaniyaya 105 min ABŞ dolları dəyərində 4 ədəd (bir il əvvəl tədarük olmayıb), Gürcüstana 33,8 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7 % çoxdur) 22 ədəd (+4 dəfə), Qətərə 27,41 min ABŞ dolları dəyərində 9 ədəd, Türkiyəyə 7,54 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 3 ədəd (+50 dəfə), Birləşmiş Ərəb Əmirliklərinə 1,1 min ABŞ dolları dəyərində 1 ədəd (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qətərə tədarük həyata keçirilib.