Azərbaycan Qətərə gavalı və göyəm satışını kəskin artırıb

Biznes
  • 22 oktyabr, 2024
  • 13:27
Azərbaycan Qətərə gavalı və göyəm satışını kəskin artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 2,8 milyon ABŞ dolları dəyərində 4 min 827 ton gavalı və göyəm ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 32 %, kəmiyyət olaraq – 23 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyaya 2,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 33,2 % azdır) 4 min 600 ton (-22,6 %), Qazaxıstana 61,4 min ABŞ dolları dəyərində (-51 %) 119,8 ton (-47 %), Birləşmiş Ərəb Əmirliklərinə 55,85 min ABŞ dolları dəyərində (+10 dəfə) 60,25 ton (+6,4 dəfə), Qətərə 42,3 min ABŞ dolları dəyərində (+700 dəfə) 47,5 ton (+1 600 dəfə), Səudiyyə Ərəbistanına 0,01 min ABŞ dolları dəyərində (-99,9 %) 0,04 ton (-92 %) məhsul satıb.

2023-cü ildə Azərbaycandan 8 ölkəyə ixrac edilmiş 6 min 955 ton gavalı və göyəmin 94,97 %-i Rusiyanın payına düşüb.

44 - Tezliklə