Azərbaycan Qətərə alma ixracını 5 min dəfədən çox artırıb

Biznes
  • 25 iyul, 2024
  • 11:32
Azərbaycan Qətərə alma ixracını 5 min dəfədən çox artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 22,25 milyon ABŞ dolları dəyərində 33 min 367 ton alma ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6,4 %, kəmiyyət olaraq – 3,4 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 19,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 % azdır) 28 min 526 ton (-5 %), Özbəkistana 1,2 milyon ABŞ dolları dəyərində (+6 dəfə) 1 min 360 ton (+5 dəfə), Birləşmiş Ərəb Əmirliklərinə 736 min ABŞ dolları dəyərində (+39 dəfə) 1 min 316 ton (+63 dəfə), Qazaxıstana 589 min ABŞ dolları dəyərində (+18 %) 1 min 438 ton (+2 %), Qətərə 181 min ABŞ dolları dəyərində (+3 000 dəfə) 215 ton (+5 375 dəfə) alma satıb.

2023-cü ildə Azərbaycandan 16 ölkəyə ixrac edilmiş 91 min 229 ton almanın 87,2 %-i Rusiyanın payına düşüb.

44 - Tezliklə