Azərbaycan Qətərdən bijuteriya idxal etməyə başlayıb
- 28 fevral, 2024
- 09:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycana 3,2 milyon ABŞ dolları dəyərində 122 min 788 kiloqram bijuteriya idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 55 %, kəmiyyət olaraq – 15 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 2,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 dəfə çoxdur) 98 min 327 kiloqram (+62 %), Türkiyədən 264 min ABŞ dolları dəyərində (-39 %) 20 min 608 kiloqram (-52 %), İtaliyadan 220 min ABŞ dolları dəyərində (+45 %) 253 kiloqram (+38 %), Tailanddan 191 min ABŞ dolları dəyərində (+30 %) 37 kiloqram (-76 %), Hindistandan 67 min ABŞ dolları dəyərində (+18 %) 1 min 995 kiloqram (+34 %) bijuteriya alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qətərdən (0,61 min ABŞ dolları dəyərində 34 kiloqram) tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana idxal edilən (41 ölkədən) 2,1 milyon ABŞ dolları dəyərində bijuteriyanın 53 %-i Çinin payına düşüb.