Azərbaycan Qazaxıstandan sarımsaq tədarük etməyə başlayıb
- 14 mart, 2025
- 13:58
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ildə Azərbaycana xaricdən 1,3 milyon ABŞ dolları dəyərində 978 ton sarımsaq gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, əvvəlki ilin göstəricisindən dəyər ifadəsində 84 %, kəmiyyət olaraq – 85 % çoxdur.
Hesabat dövründə Azərbaycana Çindən 564 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 11 dəfə çoxdur) 434 ton (+11 dəfə), İrandan 474 min ABŞ dolları dəyərində (-15 %) 363 ton (-16 %), Misirdən 104,3 min ABŞ dolları dəyərində (+44 %) 80,2 ton (+45 %), Qazaxıstandan 67,7 min ABŞ dolları dəyərində 43,7 ton, Rusiyadan 43 min ABŞ dolları dəyərində (+11 dəfə) 47 ton (+16 dəfə) məhsul idxal edilib.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qazaxıstandan tədarük həyata keçirilib.
2023-cü ildə Azərbaycana 5 ölkədən idxal edilmiş 529 ton sarımsağın 81,3 %-i İranın payına düşüb.