Azərbaycan qarğıdalı idxalını 59 % artırıb

Biznes
  • 17 avqust, 2023
  • 10:53
Azərbaycan qarğıdalı idxalını 59 % artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 63 min 015 ton qarğıdalı idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə qarğıdalının dəyəri 18 milyon 743 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 23 min 373 (58,9%) ton çoxdur, dəyər baxımından isə 4 milyon 119 min ABŞ dolları (28,1 %) çoxdur.

Hesabat dövründə qarğıdalı idxalı Azərbaycanın ümumi idxalının 0,2 %-ni təşkil edib.