Azərbaycan qarğıdalı idxalını 27 % artırıb

Biznes
  • 20 sentyabr, 2023
  • 13:19
Azərbaycan qarğıdalı idxalını 27 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 65 min 336 ton qarğıdalı idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə qarğıdalının dəyəri 19 milyon 215 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 13 min 724 ton (26,5%), dəyər baxımından isə 1 milyon 030 min ABŞ dolları (5,6 %) çoxdur.

Hesabat dövründə qarğıdalı idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,2 %-ni təşkil edir.