Azərbaycan Polşaya pomidor ixracını iki dəfə artırıb
- 01 aprel, 2024
- 13:33
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ilin ilk ayında Azərbaycan 16,6 milyon ABŞ dolları dəyərində 11 min 849 ton pomidor ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 57 %, kəmiyyət olaraq – 31 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 15,6 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 56 % çoxdur) 11 min 378 ton (+30 %), Belarusa 731 min ABŞ dolları dəyərində (+62 %) 307 ton (+42 %), Polşaya 251,3 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 144 ton (+2 dəfə), Gürcüstana 15 min ABŞ dolları dəyərində 20 ton (bir il əvvəl tədarük olmayıb), Səudiyyə Ərəbistanına 3,5 min ABŞ dolları dəyərində 0,3 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.
2023-cü ildə Azərbaycandan 12 ölkəyə ixrac edilmiş 141 min ton pomidorun 97,8 %-i Rusiyanın payına düşüb.