Azərbaycan Polşaya elektrik naqili ixracını bərpa edib
- 03 mart, 2025
- 16:18
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ildə Azərbaycan 14,3 milyon ABŞ dolları dəyərində 3 553 ton elektrik naqili (1 000 V-dan çox olmayan/çox gərginlik üçün) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 3 % çoxdur, kəmiyyət olaraq – 0,6 % azdır.
Hesabat dövründə Azərbaycan Gürcüstana 5,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 26 % çoxdur) 1 727 ton (+32 %), Ukraynaya 4,5 milyon ABŞ dolları dəyərində (+51 %) 948 ton (+29 %), Fələstinə 1,65 milyon ABŞ dolları dəyərində (+32 dəfə) 519 ton (+43 dəfə), Tacikistana 758 min ABŞ dolları dəyərində (+80 %) 162 ton (+2,3 dəfə), Rusiyaya 636 min ABŞ dolları dəyərində (+25 dəfə) 14,4 ton (+9 dəfə) məhsul satıb.
Azərbaycan 11 il 6 aylıq fasilənin ardından Polşaya (1,9 min ABŞ dolları dəyərində 0,65 ton) tədarükü bərpa edib.
2023-cü ildə Azərbaycana idxal edilmiş 3 min 573 ton elektrik naqilin 36,8 %-i Gürcüstanın, 32,9 %-i Belarusun, 20,6 %-i Ukraynanın payına düşüb.