Azərbaycan Polşadan yoğurt tədarükünü bərpa edib
- 15 sentyabr, 2023
- 13:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 2,63 milyon ABŞ dolları dəyərində 1 min 670 ton yoğurt gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 11,6 %, kəmiyyət olaraq – 20 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 1,51 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 23 % azdır) 1 min 83 ton (-25 %), Belarusdan 705 min ABŞ dolları dəyərində (+20 %) 418 ton (-3 %), Türkiyədən 183 min ABŞ dolları dəyərində (+26 %) 93 ton (+8,1 %), Latviyadan 90 min ABŞ dolları dəyərində (+34 %) 46,2 ton (+64 %), Belçikadan 40 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 7,13 ton (+80 %) məhsul alıb.
Azərbaycan 2 il 1 aylıq fasilənin ardından Polşadan (15 min ABŞ dolları dəyərində 5,9 ton) yoğurt tədarükünü bərpa edib.
2022-ci ildə Azərbaycana (13 ölkədən) idxal edilmiş 3 min 229 ton yoğurtun 67,6 %-i Rusiyanın, 22,6 %-i Belarusun, 5,3 %-i Türkiyənin payına düşüb.