Azərbaycan Polşadan dondurma alışını bərpa edib
- 16 iyul, 2025
- 16:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycana 2,9 milyon ABŞ dolları dəyərində 404 ton dondurma idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 26 % çox, kəmiyyət olaraq – 15 % azdır.
Hesabat dövründə Azərbaycan Türkiyədən 1,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 33 % çox) 190,2 ton (+30 %), Rusiyadan 585 min ABŞ dolları dəyərində (-29 %) 98,8 ton (-17 %), Belarusdan 281 min ABŞ dolları dəyərində (+46 %) 68,3 ton (-42 %), Fransadan 227,3 min ABŞ dolları dəyərində 19,7 ton (1 il əvvəl tədarük olmayıb), Polşadan 178,2 min ABŞ dolları dəyərində 16,6 ton məhsul alıb.
Azərbaycan 3 il 8 aylıq fasilənin ardından Polşadan tədarükü bərpa edib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 1 285 ton dondurmanın 47 %-i Türkiyənin, 29 %-i Rusiyanın payına düşüb.