Azərbaycan plastmas ixracından qazancını 80 %-dən çox artırıb

Biznes
  • 26 fevral, 2022
  • 10:09
Azərbaycan plastmas ixracından qazancını 80 %-dən çox artırıb

Bu ilin yanvar ayında Azərbaycan 32,884 milyon ABŞ dolları dəyərində plastmas və onlardan hazırlanan məmulatlar idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,584 milyon ABŞ dolları (25 %) çoxdur.

Yanvar ayı ərzində Azərbaycanın plastmas və onlardan hazırlanan məmulatlar ixracının dəyəri isə 41,265 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 18,486 milyon ABŞ dolları (81,2 %) çoxdur.

Hesabat dövründə plastmas və onlardan hazırlanan məmulatlar üzrə idxal Azərbaycanın ümumi idxalının 3,37 %-ni, ixrac isə ümumi ixracın 1,34 %-ni təşkil edib.

44 - Tezliklə