Azərbaycan Peruya sürtkü yağları satmağa başlayıb
- 05 fevral, 2025
- 07:29
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 55,2 milyon ABŞ dolları dəyərində 46 099 ton sürtkü yağları ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18 %, kəmiyyət olaraq – 11,5 % çoxdur.
Hesabat dövründə Azərbaycan Ukraynaya 10,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 22 % çoxdur) 9 780 ton (+22 %), Bolqarıstana 8,6 milyon ABŞ dolları dəyərində (+67 %) 8 177 ton (+45 %), İraqa 6,5 milyon ABŞ dolları dəyərində (+53 %) 4 507 ton (+44 %), Gürcüstana 3,8 milyon ABŞ dolları dəyərində (-45 %) 3 325 ton (-54 %), Türkiyəyə 3,2 milyon ABŞ dolları dəyərində (-65 %) 2 866 ton (-65 %) məhsul satıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Peruya tədarük (44 min ABŞ dolları dəyərində 42 ton) həyata keçirilib.
2023-cü ildə Azərbaycandan 42 ölkəyə ixrac edilmiş 46 min ton sürtkü yağlarının 21,3 %-i Ukraynanın, 19 %-i Türkiyənin, 16,5 %-i Gürcüstanın payına düşüb.