Azərbaycan Panama və Perudan qəhvə tədarükünü bərpa edib

Biznes
  • 07 oktyabr, 2022
  • 05:50
Azərbaycan Panama və Perudan qəhvə tədarükünü bərpa edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 1,9 milyon ABŞ dolları dəyərində 201,1 ton qəhvə idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 34 %, kəmiyyət olaraq – 19,6 % çoxdur.

Hesabat dövründə İtaliyadan 752 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 33,3 % çoxdur) 57,8 ton (+53 %), Türkiyədən 279 min ABŞ dolları dəyərində (-2,8 %) 40,1 ton (-27,3 %), Braziliyadan 197 min ABŞ dolları dəyərində (+2 dəfə) 31 ton (-58 %), Rusiyadan 157 min ABŞ dolları dəyərində (+5,6 dəfə) 22,1 ton (+4,4 dəfə), Birləşmiş Ərəb Əmirliklərindən 132 min ABŞ dolları dəyərində (+66 dəfə) 9,5 ton (+68 dəfə) məhsul gətirilib.

Üç illik fasilənin ardından Panamadan, 1 il 5 aylıq aradan sonra Perudan tədarük bərpa edilib. Həmin ölkələrdən müvafiq olaraq 0,04 min ABŞ dolları dəyərində 0,01 ton və 2 min ABŞ dolları dəyərində 0,3 ton qəhvə alınıb.