Azərbaycan Özbəkistandan qarpız tədarük etməyə başlayıb
- 14 avqust, 2025
- 11:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycan 2,4 milyon ABŞ dolları dəyərində 5 085 ton qarpız ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12 %, kəmiyyət olaraq – 11 % azdır.
Azərbaycan Rusiyaya 1,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 8 % az) 3 658 ton (+7 %), Ukraynaya 555 min ABŞ dolları dəyərində (+12 %) 1 079 ton (-6 %), Gürcüstana 30,9 min ABŞ dolları dəyərində (-88 %) 96,4 ton (-89 %), Belarusa 85,1 min ABŞ dolları dəyərində (-16 %) 208 ton (-32 %), Estoniyaya 14 min ABŞ dolları dəyərində 41,6 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.
Hesabat dövründə Azərbaycana xarici ölkələrdən 481 min ABŞ dolları dəyərində (-14 %) 727 ton (-15 %) qarpız gətirilib.
Azərbaycan İrandan 429,8 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 13 % az) 656,8 ton (-13 %), Özbəkistandan 26,2 min ABŞ dolları dəyərində 35 ton, Rusiyadan 11,4 min ABŞ dolları dəyərində (-13 %) 20,85 ton (-5 %), Türkiyədən 5,6 min ABŞ dolları dəyərində (-86 %) 7,5 ton (-88 %), Braziliyadan 5,3 min ABŞ dolları dəyərində (-56 %) 4,1 ton (-59 %) məhsul alıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Özbəkistandan tədarük həyata keçirilib.