Azərbaycan Özbəkistandan pambıq ipliyinin alışını 59 dəfə artırıb

Biznes
  • 22 avqust, 2025
  • 17:51
Azərbaycan Özbəkistandan pambıq ipliyinin alışını 59 dəfə artırıb

Bu ilin I yarısında Azərbaycana xaricdən 1,3 milyon ABŞ dolları dəyərində 607 ton pambıq iplik gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin göstəricisi ilə müqayisədə dəyər ifadəsində 40 %, kəmiyyət olaraq – 44 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 953,1 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 24 % çox) 481 ton (+34 %), Özbəkistandan 144 min ABŞ dolları dəyərində (+36 dəfə) 59,4 ton (+59 dəfə), Hindistandan 137 min ABŞ dolları dəyərində (+17 dəfə) 50,5 ton (+50 dəfə), Çindən 30,3 min ABŞ dolları dəyərində (-62 %) 12,5 ton (-64 %), İtaliyadan 8,2 min ABŞ dolları dəyərində 1,2 ton (1 il əvvəl tədarük olmayıb) məhsul alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 938 ton pambıq ipliyin 85 %-i Türkiyənin payına düşüb.

44 filmi