Azərbaycan Özbəkistandan arı tədarükünü bərpa edib

Biznes
  • 03 sentyabr, 2026
  • 13:32
Azərbaycan Özbəkistandan arı tədarükünü bərpa edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 326,2 min ABŞ dolları dəyərində 68 272 ədəd arı idxal edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 54 %, kəmiyyət olaraq – 9 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 280,8 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 37 % çox) 65 272 ədəd (+5 %) və Özbəkistandan 45,4 min ABŞ dolları dəyərində 3 000 ədəd arı alıb.

Azərbaycan 2 il 4 aylıq fasilənin ardından Özbəkistandan tədarükü bərpa edib.

44 - Tezliklə