Azərbaycan Özbəkistana heyvan yemlərinin satışını bərpa edib

Biznes
  • 18 aprel, 2025
  • 16:38
Azərbaycan Özbəkistana heyvan yemlərinin satışını bərpa edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 2 milyon ABŞ dolları dəyərində 10 382 ton heyvan yemi (bitki mənşəli məhsullar, kəpəklər, bitki tullantıları və qalıqları) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 76 %, kəmiyyət olaraq – 75 % çoxdur.

Hesabat dövründə Azərbaycan İrana 688 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,4 dəfə çoxdur) 3 501 ton (+4,3 dəfə), Türkiyəyə 683 min ABŞ dolları dəyərində (-7 %) 3 255 ton (-3 %), Gürcüstana 207 min ABŞ dolları dəyərində (-17 %) 1 488 ton (-0,01 %), İraqa 173 min ABŞ dolları dəyərində (+6 dəfə) 1 149 ton (+8 dəfə), Özbəkistana 135,3 min ABŞ dolları dəyərində 644 ton yem satıb.

Azərbaycan 5 il 10 aylıq fasilənin ardından Özbəkistana heyvan yemlərinin tədarükünü bərpa edib.

44 - Tezliklə