Azərbaycan ötən il İranın əsas çay idxalçılarından olub
- 07 may, 2022
- 13:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan ötən il (İran təqvimi ilə 20 martda başa çatan 1400-cü il) İran İslam Respublikasının əsas çay idxalçılarından biri olub.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu İranın Gömrük İdarəsinin sözçüsü Ruhullah Lətifi deyib.
Onun sözlərinə görə, hesabat dövründə İran ümumilikdə 28 milyon ABŞ dolları dəyərində 27,272 min tondan çox çay yarpağı ixrac edib ki, bu da, illik müqayisədə müvafiq olaraq 77 % və 68 % çoxdur.
Ötən il İran çayı ümumilikdə 25 ölkəyə ixrac edilib. İran çayının əsas idxalçıları Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (8,774 milyon ABŞ dolları dəyərində 8,304 min ton), Türkiyə (3,537 milyon ABŞ dolları dəyərində 2,904 min ton), Rusiya (3,092 milyon ABŞ dolları dəyərində 2,598 min ton), Hindistan (2,371 milyon ABŞ dolları dəyərində 2,538 min ton) və İraq (1,998 milyon ABŞ dolları dəyərində 2,195 min ton) olub.
Bundan başqa, İranın ən çox çay ixrac etdiyi ölkələr arasında Türkmənistan, Özbəkistan, Tacikistan, Keniya, Qazaxıstan, Əfqanıstan, Almaniya, Ukrayna, Livan, Gürcüstan, Böyük Britaniya, Çin, Hollandiya, Küveyt, Finlandiya, İsveçrə, Kanada gəlir. , Belçika, Azərbaycan və Avstraliya yer alıb.
Ötən il İran həmçinin 10 ölkədən 386,161 milyon ABŞ dolları dəyərində 75,379 min ton çay idxal edib. İranın əsas tədarükçüsü isə 168 milyon ABŞ dolları dəyərində 34,285 min ton çay ixrac edən Hindistan olub. Onu 107 milyon ABŞ dolları dəyərində 18,326 min tonla Şri-Lanka, 71,572 milyon ABŞ dolları dəyərində 14,368 min tonla BƏƏ və 23,7 milyon ABŞ dolları dəyərində 4,593 min ton çay ilə Türkiyə qərarlaşıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 1 177,7 ton yaşıl çay yarpağı (26,4 % çox) yığılıb. Hektar üzrə məhsuldarlıq 16,9 sentner olub.
Ötən il Azərbaycan 8,492 milyon ABŞ dolları dəyərində 1,116 min ton çay ixrac edib ki, bu da, illik müqayisədə 10,2 % və 17,8 % müvafiq olaraq azdır. 2021-ci ildə Azərbaycanın çay idxalı isə statistik dəyər baxımından 10,1 % artaraq 61,858 milyon ABŞ dollara, miqdarı isə 0,1 % azalaraq 13,965 min tona enib.