Azərbaycan ötən il Çinə 1 mln. dollarlıq şərab ixrac edib

Biznes
  • 13 fevral, 2018
  • 11:57
Azərbaycan ötən il Çinə 1 mln. dollarlıq şərab ixrac edib

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycan 2017-ci ildə 6 mln. ABŞ dolları dəyərində şərab ixrac edib. 

"Report" xəbər verir ki, bunu Azərbaycan-Çin iqtisadi əlaqələrinə dair mətbuat konfransında iqtisadiyyat naziri Şahin Mustafayev deyib. 

Onun sözlərinə görə, ixracın 1 mln. dollarlıq hissəsi Çinin payına düşüb: "Bu isə 2016-cı illə müqayisədə 2 dəfə çoxdur". 

Nazir həmçinin qeyd edib ki, bu ilin sonuna Şanxayda Azərbaycan şərab evinin açılışı planlaşdırılır.

44 - Tezliklə