Azərbaycan ötən ay Permdən 21 min kubmetr taxta idxal edib

Biznes
  • 07 dekabr, 2022
  • 05:46
Azərbaycan ötən ay Permdən 21 min kubmetr taxta idxal edib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Perm diyarı üzrə idarəsi ötən ay bölgədən Azərbaycana ixrac edilmiş 20,8 min kubmetr taxtaya nəzarət edib.

"Report" bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.

Məlumata görə, məhsullar "Ümumrusiya Bitki Karantini Mərkəzi" Federal Dövlət Büdcə Təşkilatının (FGBU "VNIIKR") Perm filialında laboratoriya nəzarətindən keçib. Laboratoriya zərərli orqanizmlərin olmadığını təsdiqləyib.

Ümumilikdə, bu ilin əvvəlindən Azərbaycan Permdən 2 410 fitosanitar sertifikat əsasında 243,1 min kubmetr taxta idxal edib.

44 - Tezliklə