Azərbaycan Omana mebel satışını bərpa edib
- 17 iyul, 2023
- 12:22
Bu ilin yanvar-may aylarında Azərbaycana 19,1 milyon ABŞ dolları dəyərində 79 min 627 ədəd mebel (ağacdan mətbəx, yataq və sair) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 27 % çoxdur, kəmiyyət olaraq 6 % azdır.
Hesabat dövründə Azərbaycan Türkiyədən 14,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 41 % çoxdur) 55 min 59 ədəd (-7,8 %), İtaliyadan 2,4 milyon ABŞ dolları dəyərində (+23 %) 2 min 648 ədəd (-71 %), Belarusdan 607 min ABŞ dolları dəyərində (+7,6 %) 3 min 914 ədəd (+57 %), Rusiyadan 561,4 min ABŞ dolları dəyərində (-27 %) 7 min 158 ədəd (-0,5 %), Çindən 362,63 min ABŞ dolları dəyərində (-42 %) 7 min 454 ədəd (-11,3 %) məhsul alıb.
Hesabat dövründə Azərbaycandan 979,2 min ABŞ dolları dəyərində (-44 %) 7 min 59 ədəd (-52 %) mebel ixrac edilib.
Azərbaycandan Səudiyyə Ərəbistanına 359,2 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 dəfə çoxdur) 709 ədəd (-14 %), Amerika Birləşmiş Ştatlarına 276 min ABŞ dolları dəyərində (-45 %) 4 min 402 ədəd (-53 %), Qazaxıstana 127 min ABŞ dolları dəyərində (-52 %) 139 ədəd (-61 %), Gürcüstana 81 min ABŞ dolları dəyərində (-71 %) 723 ədəd (-70 %), Türkiyəyə 33,3 min ABŞ dolları dəyərində (+33 dəfə) 312 ədəd (+6 dəfə) məhsul göndərilib.
Bir il 4 aylıq fasilənin ardından Azərbaycan Omana mebel tədarükünü bərpa edib.