Azərbaycan Omana alma ixrac etməyə başlayıb
- 13 fevral, 2025
- 13:15
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ildə Azərbaycan 62 milyon ABŞ dolları dəyərində 97 786 ton alma ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü illə müqayisədə dəyər ifadəsində 8 %, kəmiyyət olaraq – 7 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 54,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5 % çoxdur) 85 239 ton (+7 %), Birləşmiş Ərəb Əmirliklərinə 2,5 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 3 825 ton (+2,7 dəfə), Özbəkistana 2,2 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 2 389 ton (+61 %), Qazaxıstana 1,7 milyon ABŞ dolları dəyərində (-37 %) 4 269 ton (-41 %), Qətərə 684 min ABŞ dolları dəyərində (+15 dəfə) 817 ton (+22 dəfə) alma satıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Omana tədarük (41 min ABŞ dolları dəyərində 64,2 ton) həyata keçirilib.
2023-cü ildə Azərbaycandan 16 ölkəyə ixrac edilmiş 91 min 229 ton almanın 87,2 %-i Rusiyanın payına düşüb.