Azərbaycan noyabrda Şərqi Anadoludan 12,5 milyon dollarlıq mal idxal edib

Biznes
  • 16 dekabr, 2021
  • 10:40
Azərbaycan noyabrda Şərqi Anadoludan 12,5 milyon dollarlıq mal idxal edib

Bu ilin noyabr ayında Türkiyənin Şərqi Anadolu İxracatçılar Birliyinə (DAİB) üzv şirkətlərin ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 1,75% artaraq 227,191 milyon ABŞ dollarına çatıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə DAİB məlumat yayıb.

Məlumata görə, hesabat dövründə DAIB üzvləri 156,779 milyon dollarlıq sənaye məhsulları (illik müqayisədə 4,85% çox), 57,246 milyon dollarlıq kənd təsərrüfatı məhsulları, 13,165 milyon dollarlıq mədənçıxarma məhsulları, 12,555 milyon dollarlıq mebel, kağız və meşə məhsulları, 4,782 milyon dollarlıq dənli bitkilər, paxlalılar, yağlı toxumlar və onlardan hazırlanan məhsullar, 24,353 milyon dollarlıq təzə meyvə-tərəvəz və 4,023 mln dollarlıq meyvə-tərəvəz məhsulları ixrac edib.

Ən çox ixrac reallaşdırılmış ölkələr isə İraq (61,936 milyon dollar), İran (14,657 milyo dollar), Azərbaycan (Naxçıvan, 12,535 milyon dollar), Türkmənistan (10,474 milyon dollar) və Liviya (8,927 milyon dollar) olub.

DAİB-ə Ağrı, Ərdahan, Batman, Bayburt, Bingöl, Bitlis, Ərzurum, Ərzincan, Elazığ, İğdır, Hakkari, Muş, Şırnak, Tunceli, Van, Qars və Siirt bölgələrinin şirkətləri daxildir.

44 - Tezliklə