Azərbaycan noyabrda şəkər və şəkərdən qənnadı məmulatları ixracını 54 % artırıb
- 19 dekabr, 2024
- 07:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 36 milyon 935,75 min ABŞ dolları dəyərində 48 min 885,07 ton şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edilib.
“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 55,2 %, həcmi isə 54 % artıb.
Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlarının payı 1,39 % təşkil edir.
Noyabrda isə ölkədən 3 milyon 196,23 min ABŞ dolları məbləğində 4 min 138,61 ton şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 54,87 % və 52,3 % çoxdur.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 2 milyard 648 milyon 607,36 min ABŞ dolları dəyərində əsas qeyri-neft məhsulları ixrac edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,4 % azdır.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 43 milyard 109,55 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 24 milyard 337,86 milyon ABŞ dolları ixracın, 18 milyard 771,69 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,8 % azalıb, idxal isə 18,7 % artıb.