Azərbaycan Norveçə elektrik naqillərinin ixracını bərpa edib

Biznes
  • 11 dekabr, 2024
  • 10:55
Azərbaycan Norveçə elektrik naqillərinin ixracını bərpa edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 10 milyon ABŞ dolları dəyərində 2 min 389 ton elektrik naqili (1 000 V-dan çox olmayan/çox gərginlik üçün) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 1 %, kəmiyyət olaraq – 8 % azdır.

Hesabat dövründə Azərbaycan Gürcüstana 3,45 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 25 % çoxdur) 1 min 101 ton (+31 %), Ukraynaya 3,81 milyon ABŞ dolları dəyərində (+96 %) 804 ton (+77 %), Fələstinə 957 min ABŞ dolları dəyərində 308 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyaya 635 min ABŞ dolları dəyərində (+28 dəfə) 14,1 ton (+9 dəfə), Qazaxıstana 464 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 73 ton (+2,3 dəfə) məhsul satıb.

Azərbaycan 1 il 10 aylıq fasilənin ardından Norveçə (34,6 min ABŞ dolları dəyərində 0,48 ton) tədarükü bərpa edib.

2023-cü ildə Azərbaycana idxal edilmiş 3 min 573 ton elektrik naqilin 36,8 %-i Gürcüstanın, 32,9 %-i Belarusun, 20,6 %-i Ukraynanın payına düşüb.

44 - Tezliklə