Azərbaycan Niderlanddan yerqazan gəmi tədarükünü bərpa edib

Biznes
  • 19 avqust, 2025
  • 18:24
Azərbaycan Niderlanddan yerqazan gəmi tədarükünü bərpa edib

Bu ilin I yarısında Azərbaycana xaricdən 11,6 milyon ABŞ dolları dəyərində 2 ədəd yerqazan gəmi gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 323 dəfə, kəmiyyət olaraq – 2 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Niderlanddan 11,1 milyon ABŞ dolları dəyərində 1 ədəd və Çindən 560,1 min ABŞ dolları dəyərində 1 ədəd (1 il əvvəl tədarük olmayıb) məhsul alıb.

Azərbaycan 4 il 7 aylıq fasilənin ardından Niderlanddan yerqazan gəmi tədarükünü bərpa edib.