Azərbaycan Niderlanddan kolbasa idxalını bərpa edib

Biznes
  • 27 iyun, 2024
  • 11:35
Azərbaycan Niderlanddan kolbasa idxalını bərpa edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 5,244 milyon ABŞ dolları dəyərində 1 min 824 ton kolbasa idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 %, kəmiyyət olaraq – 5 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 3,64 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5 % azdır) 1 min 499 ton (-6 %), Almaniyadan 552 min ABŞ dolları dəyərində (+35 %) 141 ton (+42 %), Belarusdan 547 min ABŞ dolları dəyərində (+9,4 %) 110 ton (+5 %), Türkiyədən 401 milyon ABŞ dolları dəyərində (+11 %) 61 ton (-27 %), Litvadan 50 min ABŞ dolları dəyərində (-40 %) 8,6 ton (-44 %) kolbasa alıb.

Azərbaycan 3 il 4 aylıq fasilənin ardından Niderlanddan (2,1 min ABŞ dolları dəyərində 0,5 ton) tədarükü bərpa edib.

2023-cü ildə Azərbaycana 19 ölkədən idxal edilmiş 6 min 130 ton kolbasanın 81,4 %-i Rusiyanın payına düşüb.