Azərbaycan nəqliyyat vasitələri və hissələrinin idxal xərcini 34 % artırıb

Biznes
  • 17 noyabr, 2022
  • 11:56
Azərbaycan nəqliyyat vasitələri və hissələrinin idxal xərcini 34 % artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 1 milyard 444,25 milyon ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,7 % çoxdur.

Hesabat dövründə nəqliyyat vasitələri və onların hissələrinin idxalına çəkilən xərclər Azərbaycanın ümumi idxal xərclərinin 12,5 %-ni təşkil edib.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 46 milyard 299 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 10 aylıq xarici ticarət dövriyyəsinin 34 milyard 711 milyon ABŞ dolları ixracın, 11 milyard 588 milyon ABŞ dolları isə idxalın payına düşüb.

44 filmi