Azərbaycan nəqliyyat vasitələri hissələrinin idxalına çəkdiyi xərci 60 % artırıb
- 22 iyul, 2023
- 12:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 1 milyard 252 milyon 641,1 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 470 milyon 994,62 min ABŞ dolları və ya 60,25 % çoxdur.
Bu ilin birinci rübündə nəqliyyat vasitələri və onların hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 15,28 %-ni təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 26 milyard 166 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 6 aylıq xarici ticarət dövriyyəsinin 17 milyard 968 milyon ABŞ dolları ixracın, 8 milyard 198 milyon ABŞ dolları isə idxalın payına düşüb.