Azərbaycan nəqliyyat vasitələri hissələrinin idxalına çəkdiyi xərci 58 % artırıb

Biznes
  • 18 sentyabr, 2023
  • 07:15
Azərbaycan nəqliyyat vasitələri hissələrinin idxalına çəkdiyi xərci 58 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrdən 1 milyard 706 milyon 887,21 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 625 milyon 078,94 min ABŞ dolları və ya 57,8 % çoxdur.

Nəqliyyat vasitələri və onların hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 15,31 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 35 milyard 505 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 24 milyard 355 milyon ABŞ dolları ixracın, 11 milyard 151 milyon ABŞ dolları isə idxalın payına düşüb.