Azərbaycan nəqliyyat vasitələri hissələrinin idxalına çəkdiyi xərci 34 % artırıb

Biznes
  • 19 dekabr, 2022
  • 12:23
Azərbaycan nəqliyyat vasitələri hissələrinin idxalına çəkdiyi xərci 34 % artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 1 milyard 595 milyon 866,82 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 405 milyon 584,11 min ABŞ dolları və ya 34,07 % çoxdur.

Ötən aylar ərzində nəqliyyat vasitələri və onların hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 12,39 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 49 milyard 217 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 11 aylıq xarici ticarət dövriyyəsinin 36 milyard 336 milyon ABŞ dolları ixracın, 12 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb.