Azərbaycan nəqliyyat vasitələri hissələrinin idxalına çəkdiyi xərci 31 % artırıb

Biznes
  • 17 avqust, 2022
  • 08:02
Azərbaycan nəqliyyat vasitələri hissələrinin idxalına çəkdiyi xərci 31 % artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 928 milyon 297,82 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 221 milyon 048,73 min ABŞ dolları və ya 31,25 % çoxdur.

Ötən aylar ərzində nəqliyyat vasitələri və onların hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 12,39 %-ni təşkil edib.

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 59 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ötən 7 ayda xarici ticarət dövriyyəsinin 22 milyard 565 milyon ABŞ dolları ixracın, 7 milyard 494 milyon ABŞ dolları isə idxalın payına düşüb.

44 filmi