Azərbaycan nəqliyyat vasitələri hissələrinin idxalına çəkdiyi xərci 23 % azaldıb

Biznes
  • 16 aprel, 2024
  • 13:06
Azərbaycan nəqliyyat vasitələri hissələrinin idxalına çəkdiyi xərci 23 % azaldıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 468 milyon 517,65 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin ilk rübü ilə müqayisədə 140 milyon 573,49 min ABŞ dolları və ya 23,08 % azdır.

Nəqliyyat vasitələri və onların hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 12,62 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9 milyard 696 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 5 milyard 984 milyon ABŞ dolları ixracın, 3 milyard 712 milyon ABŞ dolları isə idxalın payına düşüb.

44 filmi