Azərbaycan nəqliyyat vasitələri hissələrinin idxalına çəkdiyi xərci 18 % azaldıb

Biznes
  • 18 may, 2024
  • 09:30
Azərbaycan nəqliyyat vasitələri hissələrinin idxalına çəkdiyi xərci 18 % azaldıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 648 milyon 094,89 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin ilk 4 ayı ilə müqayisədə 139 milyon 644,45 min ABŞ dolları və ya 17,73 % azdır.

Ötən 4 ay ərzində nəqliyyat vasitələri və onların hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 11,86 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 13 milyard 633 milyon 364,7 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 8 milyard 168 milyon 591,68 min ABŞ dolları ixracın, 5 milyard 464 milyon 773,02 min ABŞ dolları isə idxalın payına düşüb.

44 filmi