Azərbaycan Moldova ilə perspektivli sahələrdə investisiya imkanlarını araşdıracaq

Biznes
  • 06 mart, 2026
  • 20:08
Azərbaycan Moldova ilə perspektivli sahələrdə investisiya imkanlarını araşdıracaq

Azərbaycan Moldova ilə kənd təsərrüfatı, enerji, İKT və digər perspektivli sahələrdə investisiya imkanlarının araşdırılması və əməkdaşlığın inkişaf etdirilməsini müzakirə edib.

"Report" xəbər verir ki, bununla bağlı müzakirələr iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə keçirdiyi görüşdə baş tutub.

Tərəflər iqtisadi-ticarət əməkdaşlığın dərinləşdirilməsi istiqamətində birgə səylərin davam etdirilməsinin önəmi vurğulanıb.

Bildirilib ki, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər ölkələr arasında əlaqələrin genişlənməsinə və tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.

Görüşdə sərmayə mühiti və biznes imkanları, həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verilib.

44 filmi