Azərbaycan Misirə qeyri-neft məhsullarının ixracını artırmaq istəyir

Biznes
  • 25 fevral, 2022
  • 13:20
Azərbaycan Misirə qeyri-neft məhsullarının ixracını artırmaq istəyir
Yusif Abdullayev

"Azərbaycanın qeyri-neft məhsullarının ixracı üçün Misir önəmli bazardır".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Misir biznes forumu çərçivəsində jurnalistlərə açıqlama verən İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun ( AZPROMO) rəhbəri Yusif Abdullayev bildirib.

"Hazırda Azərbaycanın qeyri-neft məhsullarının ixracının şaxələndirilməsi üçün Milli İxrac Strategiyası hazırlanır. Bu baxımdan 100 milyondan çox əhalisi üçün Misir bizim üçün çox vacibdir və bu ölkəyə ixracı artırmaq istəyirik", - deyə o, qeyd edib.

Y.Abdullayevin sözlərinə görə, hazırda Azərbaycanda qeydiyyatdan keçmiş 50-ə yaxın Misir şirkəti var: "Həmin şirkətlər iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərir. Bu gün keçirilmiş ikitərəfli görüşlərdə vurğulandı ki, Azərbaycanla Misir arasında ticarət dövriyyəsi çox deyil. Bunu artırmaq üçün Azərbaycan-Misir Biznes Şurası yaradılır. Bu şura "vahid pəncərə" rolunu oynamaqla iki ölkə arasında həm ticarət dövriyyəsinin, həm də investisiya qoyuluşunun artırılması istiqamətində çalışacaq. Hər iki ölkənin biznes nümayəndələri platforma axtarırlar ki, ideyalarını bölüşsünlər. Biznes Şurasının yaradılması ilə bağlı ideya bir neçə il əvvəldən var idi. Nəhayət ki, biz bunu reallaşdırdırdıq. Biznes Şurası çərçivəsində Azərbaycanda fəaliyyət göstərən şirkətlərin investisiya layihələri, o cümlədən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələri təqdim ediləcək".

Bugünki biznes forumda Azərbaycan tərəfiən 40-a yaxın, Misir tərəfdən isə 15-dən çox şirkət iştirak edir.

44 filmi