Azərbaycan Misirdən avtomobil radiatorlarının idxalını bərpa edib

Biznes
  • 14 yanvar, 2025
  • 11:16
Azərbaycan Misirdən avtomobil radiatorlarının idxalını bərpa edib

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 6,55 milyon ABŞ dolları dəyərində 754 ton avtomobillər uçun radiator idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 2 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 3,6 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 20 % çoxdur) 442 ton (+8 %), Türkiyədən 909 min ABŞ dolları dəyərində (+74 %) 51 ton (+11 %), Rusiyadan 590 min ABŞ dolları dəyərində (+26 %) 103 ton (+13 %), Cənubi Koreyadan 340 min ABŞ dolları dəyərində (+26 %) 29 ton (+1 %), Almaniyadan 308 min ABŞ dolları dəyərində (-26 %) 308 ton (+4 dəfə) məhsul alıb.

Azərbaycan 4 il 3 aylıq fasilənin ardından Misirdən (0,3 min ABŞ dolları dəyərində 0,01 ton) tədarükü bərpa edib.